Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fələstin Prezidenti Mahmud Abbasın göstərişlərinə uyğun olaraq, Baş nazir Dr. Məhəmməd Mustafa bütün aidiyyəti qurumlara, xüsusilə son günlərdə davamlı İsrail hücumlarına məruz qalan Tubas qubernatorluğu da daxil olmaqla müəyyən olunmuş bölgələrdə fələstinli vətəndaşların ehtiyaclarının qarşılanması üçün işlərini gücləndirməyi tapşırıb.

Həftəlik iclasda kabinet Qəzza zolağındakı Hökumət Əməliyyatlar Otağının plan və proqramlarını nəzərdən keçirib.

Kabinet həmçinin prezident tərəfindən verilmiş 2025-ci il tarixli 23 nömrəli Fərman-Qanunun 72-ci maddəsinə uyğun olaraq yerli şura seçkilərinin 25 aprel 2026-cı ildə keçirilməsini təsdiqləyib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp