Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fələstin Xarici İşlər və Xaricdə Yaşayan Fələstinlilər Nazirliyi Misirin Dəmiyət limanında iki gəmini hədəf alan pilotsuz uçuş aparatı hücumunu pisləyib.

Nazirliyin bəyanatında Fələstinin Misirin rəhbərliyi, hökuməti və xalqı ilə tam həmrəylik içində olduğu vurğulanaraq, ölkənin vətəndaşlarının təhlükəsizliyini, suverenliyini və sabitliyini qorumaq məqsədilə həyata keçirdiyi bütün tədbirlərin dəstəkləndiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, Misirin təhlükəsizliyi və sabitliyi regional təhlükəsizliyin ayrılmaz hissəsidir və ölkənin suverenliyinə və ya təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı hücum beynəlxalq hüququn pozulması olmaqla yanaşı, regional təhlükəsizlik və sülh üçün də təhdid təşkil edir.

Fələstin Xarici İşlər Nazirliyi bəyanatında Misirə dəstəyini bir daha ifadə edərək, ölkəyə təhlükəsizlik, sabitlik və firavanlıq arzulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp