Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fələstinin Baş naziri Məhəmməd Mustafa Brüsseldə UNRWA-nın Baş komissarı Filip Lazzarini ilə görüş keçirib.

Görüşdə Fələstindəki son vəziyyət, getdikcə ağırlaşan humanitar və maliyyə böhranı, həmçinin bölgədə humanitar yardım fəaliyyətlərinin vəziyyəti müzakirə olunub.

Tərəflər humanitar yardımların ehtiyacı olanlara fasiləsiz çatdırılmasının vacibliyini vurğulayıb, bərpa və yenidənqurma işlərinin irəlilədilməsi istiqamətində atılacaq addımları dəyərləndiriblər.

Görüşdə həmçinin Fələstindəki mövcud humanitar vəziyyətin yaxşılaşdırılması üçün beynəlxalq koordinasiyanın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp