Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı açıqlamalarına sosial media vasitəsilə cavab verib.

Əraqçi paylaşımında Trampın "Hörmüz boğazının təhlükəsizliyini təmin edənlər bunun müqabilində ödəniş almalıdır" fikrinə istinad edərək bildirib: "ABŞ Prezidenti bu məsələdə tamamilə haqlıdır. Hörmüz boğazından ticarət gəmilərinin təhlükəsiz keçidini təmin edən hər kəs bu xidmətə görə kompensasiya almalıdır."

Əraqçi İranın tarix boyu Hörmüz boğazının təhlükəsizliyində mühüm rol oynadığını vurğulayaraq deyib: "İran həmişə boğazın qoruyucusu olub və əbədi olaraq da belə qalacaq."

Trampın irəli sürdüyü 20 faizlik ödəniş təklifinə də toxunan Əraqçi bildirib: "20 faiz, əlbəttə ki, çox yüksəkdir. Biz ədalətli olacağıq."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp