Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Finlandiya və Norveç liderləri Rusiya-Ukrayna müharibəsi ilə bağlı birgə diplomatik təmaslar çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıblar.

Finlandiya Prezidenti Aleksandr Stubbun sosial media hesabında paylaşdığı açıqlamaya görə, Norveçin Baş naziri Yonas Qar Störe ilə birgə aparılan danışıq oktyabrın 20-də Osloda keçirilmiş görüşün davamı olub. Sözügedən təmasın Ukrayna və ABŞ ilə koordinasiya şəraitində hazırlandığı bildirilib.

Müharibənin hərbi həll yolunun olmadığını və dərhal başa çatmalı olduğunu vurğulayan Stubb münaqişənin Finlandiya, Norveç və bütün Avropanın təhlükəsizliyinə birbaşa təsir etdiyini qeyd edib. Dialoqdan yayınmaq əvəzinə birbaşa danışıqlar aparmağın vacibliyinə diqqət çəkən Stubb bildirib ki, onlar bu danışığı Avropa adından deyil, iki qonşu ölkənin liderləri kimi öz prinsipləri və baxışları əsasında həyata keçiriblər.

Stubb açıqlamasında Ukraynaya dəstəyin sarsılmaz olduğunu bir daha vurğulayaraq, əsas məqsədlərinin ədalətli və davamlı sülhə nail olmaq olduğunu bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp