Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Neft ehtiyatları ilə bağlı koordinasiya aparılır

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen açıqlamasında bildirib ki, ötən həftə Avropa Komissiyası bu kritik dövrdə istehsalın artırılmasına kömək etmək məqsədilə neft emalı zavodları ilə strateji dialoq keçirib.

Fon der Lyayen Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birolla birlikdə G7 tərəfindən qərara alınmış neft ehtiyatlarının istifadəyə buraxılması ilə bağlı birgə fəaliyyətin əlaqələndirilməsi üzərində işlədiklərini qeyd edib.

Aİ-nin enerji gələcəyində bərpaolunan və nüvə enerjisinə diqqət

Avropa İttifaqının enerji gələcəyinin yerli istehsal olunan təmiz enerji ilə dəstəklənən elektrikləşdirmədə olduğunu vurğulayan fon der Lyayen bu prosesdə həm bərpaolunan enerji mənbələrinin, həm də nüvə enerjisinin mühüm rol oynayacağını bildirib.

Fon der Lyayen həmçinin Antalyada keçiriləcək COP31 çərçivəsində tərəfdaşlarla birlikdə elektrikləşdirməni sürətləndirmək üçün fəaliyyət göstərəcəklərini qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp