Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Dövlət katibi Marko Rubio Kuba hökuməti ilə əlaqəli 8 quruma və 2 şəxsə sanksiya tətbiq edildiyini açıqlayıb.

Sosial media hesabında paylaşım edən Rubio ABŞ-ın öz yarımkürəsindəki kommunist şəbəkələrə dözümlülük göstərməyəcəyini bildirib. O, Kuba hökumətinin dövlət şirkətləri, birgə müəssisələr və xaricdəki vasitəçilər üzərindən fəaliyyətini davam etdirdiyini iddia edib. Rubio həmçinin rejimin xarici dəstəkçilərinin onun hərbi qüvvələrinin fəaliyyətini davam etdirməsinə kömək edən hərbi avadanlıqları tədarük etdiyini və bunun ABŞ ərazisi üçün təhlükə yaratdığını bildirib.

Rubio paylaşımında bildirib: “Bu gün rejimin maliyyə və dəniz daşımaları şəbəkəsindəki qurumlarla, dövlətə məxsus idxal və texniki dəstək şirkətləri ilə, eləcə də rejimin hərbi qüvvələrini təchiz edən Çində yerləşən şirkətlərlə əlaqəli 8 quruma və 2 şəxsə sanksiya tətbiq edirəm.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp