Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İraq Prezidenti Nizar Məhəmməd Səid Əl-Amidi müdafiə naziri Nayif Əş-Şamərini qəbul edib.

İraq Prezident Administrasiyasının açıqlamasına görə, görüşdə silahlı qüvvələrin hərbi potensialının inkişaf etdirilməsi, intizam və peşəkarlıq prinsiplərinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

Hərbi qurumun inkişafına yönəlmiş planların mövcud çətinliklərin dəqiq təhlili və hərbi fəaliyyət metodlarındakı yeniliklərin nəzərə alınması əsasında hazırlanmasının vacibliyi vurğulanıb.

Həmçinin silahlı qüvvələrin öz vəzifələrini səmərəli şəkildə yerinə yetirmək qabiliyyətinin artırılmasının əhəmiyyətinə diqqət çəkilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp