Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrail Xarici İşlər Nazirliyi 2 Avqust Roma və Sinti Soyqırımı Anım Günü münasibətilə yaydığı mesajda nasist rejimi tərəfindən qətlə yetirilən Roma və Sinti qurbanlarını yad edib.

Nazirliyin sosial media hesabında yayımlanan açıqlamada Roma və Sinti xalqlarının nasist zülmü altında yəhudilərlə eyni taleyi paylaşdığı vurğulanaraq bildirilib: "2 avqustda nasist rejiminin Roma və Sinti xalqına qarşı törətdiyi soyqırımı anırıq. 1944-cü ilin məhz bu günündə Auşvits-Birkenau düşərgəsində 3 mindən çox Roma və Sinti məhbusu öldürüldü."

İsrail Xarici İşlər Nazirliyi qurbanların xatirəsinin yaşadılmasının vacibliyini vurğulayaraq qeyd edib: "Qurbanları ehtiramla anır, onların xatirəsini qoruyur və şərə qarşı birlikdə dayanırıq. Xatirələri əbədi yaşasın. Bir daha əsla."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp