Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Qəzzada atəşkəs və sülh prosesi ilə bağlı fikirlərini bölüşüb.

Kallas sosial media hesabında bildirib ki, Qəzzada HƏMAS-ın silahsızlaşdırılması planının tam şəkildə həyata keçirilməsi sülh üçün konstruktiv addım ola bilər.

Kallas ABŞ-ın vasitəçiliyi, Misir, Qətər, Türkiyə və Nikolay Mladenovun dəstəyi ilə əldə olunmuş razılaşmanı alqışlayaraq, prosesin uğur qazanması üçün bir çox şərtin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Kallas deyib: “Uğur bütün tərəflərin tam öhdəliyindən asılıdır. HƏMAS-ın öhdəliklərinə əməl etməsinin yoxlanılması mühüm çətinlik olacaq.”

Kallas bildirib ki, proses çərçivəsində İsrail Qəzzadan çıxmalıdır və Avropa İttifaqı növbəti addımları dəstəkləməyə hazırdır.

O əlavə edib ki, Milli Komitənin və Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin Qəzzaya daxil olması da dəstəklənəcək addımlar sırasındadır.

Kallas qeyd edib ki, Aİ-nin bölgədəki iki missiyası Fələstin dövlətinin qurulması istiqamətində səylərə mühüm dəstək verir və Avropa İttifaqı Qəzzaya ən böyük humanitar yardım donorudur.

Kallas həmçinin bildirib ki, Aİ iyul ayında Qəzzanın müharibədən sonrakı bərpasına kömək etmək məqsədilə 900 milyon avroluq yardım layihələrini maliyyələşdirməyi öhdəsinə götürüb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp