Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrailin müdafiə naziri İsrael Katz sosial media hesabında müxalifətin aparıcı simalarından Yair Qolan barədə açıqlama verib.

Katz iddia edib ki, Qolan daha əvvəl İsrail Müdafiə Qüvvələrinin (İDF) əsgərlərini "Qəzzada fələstinli körpələri hobbi kimi öldürməkdə" ittiham edib və bunun dünya miqyasında İsrail ordusuna qarşı "dəhşətli qan böhtanı" olduğunu bildirib.

Katz qeyd edib ki, bu açıqlamalardan sonra Qolanın İDF bazalarına girişi qadağan edilib.

Katz açıqlamasında Qolanın son çıxışlarını da tənqid edərək, müxalif siyasətçinin Baş nazir Benyamin Netanyahu və onu hədəf aldığını, həmçinin İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələrinə qarşı təhrikedici bəyanatlar verdiyini iddia edib. Katz bildirib ki, bu ritorika fələstinli hücumçuları İsrail əsgərlərinə və məskunlaşanlara qarşı hücumlara təşviq edir.

Katz vəzifəyə başladıqdan sonra həyata keçirilən təhlükəsizlik siyasətinə də toxunaraq, Baş nazir Netanyahu ilə birlikdə yürüdülən strategiya nəticəsində İordan çayının qərb sahilində terror hücumlarının 80 faiz azaldığını iddia edib. Onun sözlərinə görə, Cenin, Nur Şəms və Qalqiliyədə silahlı qrupların fəaliyyət göstərdiyi düşərgələr dağıdılıb.

Katz həmçinin iddia edib ki, İsrail ordusu Livan, Suriya və Qəzza zolağındakı təhlükəsizlik zonalarına nəzarəti davam etdirərək İsrail yaşayış məntəqələrini və əsgərlərini qoruyur.

Sonda Katz bildirib ki, hökumət İsrailin təhlükəsizliyi naminə "qətiyyətli və hücum yönümlü" təhlükəsizlik siyasətini davam etdirəcək və müxalifətin isə İsrailin düşmənlərinə mənəvi dəstək verdiyini iddia edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp