Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Suriya Prezidenti Əhməd Əl-Şara və Xarici İşlər və Xaricdə Yaşayan Suriyalılar Naziri Əsəd Həsən Əl-Şeybani Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşi və onu müşayiət edən nümayəndə heyətini Dəməşqdə qəbul ediblər.

Suriya Ərəb Respublikasının Xarici İşlər və Xaricdə Yaşayan Suriyalılar Nazirliyinin açıqlamasına əsasən, görüşdə Suriya ilə BMT arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub, regional və beynəlxalq hadisələr dəyərləndirilib və Suriyanın birliyi bir daha təsdiqlənib.

Görüşdə həmçinin ölkədə sabitlik və bərpa proseslərinin dəstəklənməsi, eləcə də humanitar yardım və inkişaf sahələrində koordinasiyanın gücləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp