Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri, senator Məhəmməd İshaq Dar Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud ilə görüşüb.

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, görüşdə iki ölkə arasında yaxın və qardaşlıq münasibətləri bir daha təsdiqlənib, həmçinin son regional hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər regional məsələlərin həllində diplomatiyanın əhəmiyyətini vurğulayaraq, konstruktiv dialoq mexanizmlərinin davam etdirilməsi barədə razılığa gəliblər.

Görüşdə həmçinin regionda sülh və sabitliyin möhkəmləndirilməsi məqsədilə konstruktiv əməkdaşlığın davam etdirilməsinə dair ortaq qətiyyət bir daha ifadə olunub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp