Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Kanadanın Baş naziri Mark Karni Kanada mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə 4 milyard dollarlıq sərmayə yatırıldığını elan edib.

Sosial media hesabında və Baş nazirliyin rəsmi internet saytında mövzu ilə bağlı açıqlama yayımlayan Karni bu büdcənin Kanada tarixində mədəniyyət sahəsinə ayrılan ən böyük sərmayə olduğunu bildirib.

Karni bu sərmayə ilə Kanada mədəniyyətinin əhatə dairəsini genişləndirməyi, icmaları bir araya gətirməyi və incəsənət xadimlərini gücləndirməyi hədəflədiklərini qeyd edərək deyib: "Biz kimliyimizi, suverenliyimizi və bizi birləşdirən hər şeyi gücləndiririk."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp