Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa Şurasının Prezidenti Antonio Kosta İran Prezidenti Məsud Pezeşkian ilə görüşündən sonra regiondakı humanitar vəziyyət və strateji risklərlə bağlı qiymətləndirmələr aparıb.

Münaqişənin mülki əhaliyə təsiri və infrastruktura hücumlara toxunan Kosta bildirib: “Yaxın Şərqdə beş həftəlik müharibədən sonra aydındır ki, əsas səbəblər yalnız diplomatik həll yolu ilə aradan qaldırıla bilər. Mülki infrastrukturun, xüsusilə enerji obyektlərinin hədəf alınması qanunsuz və qəbuledilməzdir. Bu, Rusiyanın Ukraynadakı müharibəsi üçün də keçərlidir və hər yerdə keçərlidir.”

Kosta İran mülki əhalisinin qorunmasının vacibliyini vurğulayaraq deyib: “İran rejiminin əsas qurbanları İran mülki əhalisidir. Hərbi əməliyyatların genişləndirilməsinin əsas qurbanları da yenə İran mülki əhalisi olacaq.”

Antonio Kosta Avropa İttifaqının gözləntilərini və həll yolunu belə ifadə edib:

“Avropa İttifaqı İranı region ölkələrinə qarşı hücumlarını dərhal dayandırmağa və Hörmüz boğazında tam gəmiçilik azadlığının bərpasına icazə verməyə çağırır. Gərginliyin artması atəşkəs və sülh gətirməyəcək. Bunu yalnız danışıqlar, yəni regional tərəfdaşların rəhbərliyi ilə davam edən səylər təmin edə bilər.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp