Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsveçin baş naziri Ulf Kristersson İsveç ədalətindən qaçaraq xaricə gedən cinayət şəbəkəsi üzvlərinə qarşı aparılan qətiyyətli əməliyyatlar barədə məlumat paylaşıb.

Cinayətkarlara açıq mesaj verən Kristersson deyib: “Xaricdə İsveç ədalətindən gizlənənlərə demək istəyirəm: heç bir yerdə təhlükəsiz deyilsiniz. İsveçli ağır cinayətkarlar digər ölkələrdə bir-bir həbs olunur. 2022-ci ildən bəri xaricdəki həbslərin sayı iki dəfə artıb. Təkcə ötən il təxminən 280 nəfər həbs edilib.”

Son əməliyyatın detallarına toxunan baş nazir Kristersson bildirib: “2025-ci ilin dekabrında Foxtrot cinayət şəbəkəsi ilə əlaqəli əsas fiqur İraqda saxlanılıb. O, çoxsaylı qətl törətməyə təhrik halları da daxil olmaqla bir sıra ağır cinayətlərdə şübhəli bilinir. Bununla əlaqədar başqa bir şəxs də saxlanılıb.”

Kristersson bu uğurların beynəlxalq həmrəylik sayəsində əldə edildiyini vurğulayaraq sözlərini belə tamamlayıb: “Bu, İsveç polisinin, prokurorların və İraqla gücləndirilmiş əməkdaşlığın intensiv fəaliyyətinin nəticəsidir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp