Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrailin xarici işlər naziri Gideon Saar Avropa İttifaqının İranda insan hüquqlarının pozulması və regional təhlükəsizlik təhdidlərinə münasibətini tənqid edib.

Avropa İttifaqının dəyərləri ilə hərəkətləri arasındakı ziddiyyətə diqqət çəkən Saar deyib: “Avropa İttifaqı demokratiya, azadlıq və sülh dəyərlərinə guya sadiqliyinə baxmayaraq, çox uzun müddətdir İran İnqilab Keşikçilərini terror təşkilatı kimi tanımaqdan yayınır.”

İran İnqilab Keşikçilərinin üsullarına və dinc etirazlara müdaxiləsinə toxunan nazir Saar bildirib: “Bu gün İran İnqilab Keşikçiləri Yaxın Şərqdə və dünyanın hər yerində terroru yaydıqları eyni vəhşi üsullarla İran xalqının etirazlarını və azadlıq mübarizəsini amansızcasına boğur. İndi isə öz xalqını qətlə yetirir.”

Saar Avropa İttifaqını konkret addımlar atmağa çağıraraq açıqlamasını belə yekunlaşdırıb: “Nə vaxt hərəkətə keçəcəksiniz?”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp