Lahbib: Aİ bərpa prosesinin hər addımında yanınızda olmağa davam edir
Brüssel, 6 fevral (Hibya) – Avropa Komissiyasının Bərabərlik, Hazırlıq və Böhranların İdarə Edilməsi üzrə komissarı Hadja Lahbib 6 fevral zəlzələlərinin ildönümü münasibətilə açıqlama verib.
Avropa Komissiyasının komissarı Hadja Lahbib Türkiyə və Suriyanı sarsıdan dağıdıcı zəlzələlərin ildönümündə həmrəylik mesajı yayımlayıb.
Fəlakətin qurbanlarını anan və prosesə dair qiymətləndirmə aparan Lahbib bildirib: “Bu gün Türkiyə və Suriyanı vuran və çoxsaylı insan tələfatına səbəb olan dağıdıcı zəlzələlərin ildönümüdür. İtkilərə baxmayaraq, sağ qalanlarla apardığım görüşlər və səfərlər zamanı fövqəladə bir dözümlülüyün şahidi oldum”.
Avropa İttifaqının dəstək imkanlarına diqqət çəkən Lahbib açıqlamasını belə yekunlaşdırıb: “Aİ bərpa prosesinin hər addımında yanınızda olmağa və sizi dəstəkləməyə davam edir”.
Azərbaycan İnformasiya Agentliyi