Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Suriya Ərəb Ordusunun Əməliyyat Heyəti bir sıra komandir və zabitlərlə birlikdə, SDQ nümayəndələrinin müşayiəti ilə Həsəkə vilayətinin müxtəlif bölgələrində sahə baxışı və görüş təşkil edib. Verilən məlumata görə, sahə baxışı müsbət atmosferdə keçib.

Görüşün və sahə səfərinin məqsədinin Suriya dövləti ilə SDQ arasında imzalanmış razılaşmanın praktik icrasına başlamaq olduğu bildirilib. Razılaşmanın yaxın bir neçə gün ərzində icrası üçün müəyyən zaman mərhələləri üzrə razılıq əldə edildiyi qeyd olunub.

Razılaşma çərçivəsində mülki ərazilərdən müəyyən hərbi nöqtələrə çəkilmə, yolların açılması, minaların zərərsizləşdirilməsi üzrə əməkdaşlıq, baryerlərin aradan qaldırılması və inteqrasiya prosesinin sürətləndirilməsi nəzərdə tutulur.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp