Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa Parlamentinin sədri Metsola bildirib ki, İrandan öz xalqından qorxan bir rejimin davam edən vəhşiliklərini göstərən dəhşətli görüntülər gəlir.

Metsola qeyd edib ki, İran hökumətinin mövcudluğunu qorumaq üçün güvəndiyi repressiya alətləri artıq İran küçələrində həyatlarını riskə atan insanların azadlıq çağırışlarını susdurmağa yetmir və İran xalqına müraciət edərək deyib: «İnanın. Berlin Divarı yıxılmadan əvvəl heç kim onun yıxılacağını düşünmürdü. 1991-ci ildə bu gün heç kim kiçik bir litvalılar qrupunun Sovet ordusunun gücünü geri püskürdəcəyinə inanmırdı – ta ki bunu bacarana qədər».

Azadlıq arzusunun mümkünsüz kimi görünən maneələri aşa biləcəyini vurğulayan Metsola deyib:

«Avropa gözlərini yummayacaq. Avropa Parlamenti hərəkətə keçib və İran rejiminin diplomatlarını qadağan edib. Etirazçılara qarşı repressiya tətbiq edən şəxslərə qarşı daha güclü sanksiyalar tətbiq edirik və nəhayət İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan edirik. İran dəyişir. İran azad olacaq».

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp