Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

NASA-nın açıqlamasına görə, Uilyams missiyası zamanı yeni xərçəng müalicələrinin hazırlanmasına yönəlmiş təcrübələrdə iştirak edib, kompüter və elektronika texnologiyaları üçün materialların istehsalı ilə bağlı araşdırmalara töhfə verib və iki dəfə açıq kosmosa çıxıb.

NASA bildirib ki, Uilyams Avropa Kosmik Agentliyinin (ESA) astronavtı Sofi Adeno ilə birlikdə DNT-dən ilhamlanan çubuq formalı materialların kosmik mühitdə emalına dair tədqiqatlar aparıb. Açıqlamada qeyd olunub ki, mikroqravitasiya şəraitində bu materialların daha bərabər və ardıcıl şəkildə formalaşması Yer kürəsində istifadə oluna biləcək hədəflənmiş xərçəng müalicələrinin hazırlanmasına töhfə verə bilər.

Araşdırmanın dərmanların şiş toxumasının daha dərin qatlarına çatmasını, orqanizmdə daha uzun müddət qalmasını və nəzarətli şəkildə buraxılmasını təmin etməyi hədəflədiyi bildirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp