Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Bolqarıstan Gömrük Agentliyinin açıqlamasına görə, iyulun 22-də Türkiyədən Bolqarıstan üzərindən Ukraynaya gedən Türkiyə qeydiyyat nişanlı avtobus risk təhlili çərçivəsində ətraflı gömrük yoxlamasından keçirilib.

Yoxlama zamanı avtobusda olan Ukrayna vətəndaşı bir qadının əl çantasında ağ metaldan hazırlanmış zinət əşyalarının olduğu səkkiz bağlama aşkar edilib. Ekspertiza nəticəsində zinət əşyalarının 925 əyarlı gümüş olduğu, ümumi çəkisinin 2 min 25 qram, dəyərinin isə 5 min 62,50 avro olduğu müəyyən edilib.
Açıqlamada bildirilib ki, ələ keçirilən gümüş zinət əşyaları müsadirə olunub, Ukrayna vətəndaşı qadın barəsində isə Bolqarıstanın Gömrük Qanunu çərçivəsində inzibati xəta protokolu tərtib edilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp