Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev ilə görüşüb.

Saidov görüşlə bağlı açıqlamasında deyib: "Özbəkistan ilə Qırğızıstan arasında dostluq, mehriban qonşuluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin yeni səviyyəyə yüksəlməsindən məmnunuq."

Saidov bildirib ki, görüşdə ən yüksək səviyyədə əldə olunan razılaşmaların səmərəli icrasına xüsusi önəm verilib. "Birləşmiş Millətlər Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda praktiki əməkdaşlığı daha da gücləndirməyə hazır olduğumuzu bir daha təsdiqlədik", - deyə o əlavə edib.

Saidov həmçinin yaxınlaşan səfərlərin və müxtəlif səviyyələrdə keçiriləcək birgə tədbirlərin təqvimini də nəzərdən keçirdiklərini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp