Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Macarıstanın Baş naziri Viktor Orban Avropa Parlamenti sədr müavini Nicu Stefănuțaya dair açıqlama verdi.

Avropanın ümumi iqtisadi vəziyyətini tənqid edən Orban dedi: “Sədr müavini Nicu Stefănuța, siz Avropa Parlamentində macarlarə dərs verməyə və onları bizə qarşı səs verməyə təşviq etməyə cəsarət göstərdiniz. Bunu etməzdən əvvəl bəlkə də Avropaya bir nəzər salmalısınız. Qitə boyunca qənaət tədbirləri, işdən çıxarmalar və zavodların bağlanması var.”

Macarıstanın prioritetlərinin Brüsseldən fərqli olduğunu vurğulayan Orban dedi: “Bu arada, Macarıstanda işləmək istəyən hər kəs üçün iş imkanları yaratdıq, iki və ya daha çox uşağı olan analar üçün ömürlük gəlir vergisi azadolması tətbiq etdik, minimum əmək haqqını daha 11 faiz artırdıq, gənclər üçün sabit 3 faiz ipoteka krediti təqdim etdik və ailə dəstəyini genişləndirdik. Bütün bunlar pulumuzu Ukraynaya göndərmək əvəzinə Macarıstanda saxladığımız üçün mümkün oldu.”

Orban sözlərini belə tamamladı: “Bu, Brüssel siyasəti ilə Macarıstan prioritetləri arasındakı fərqdir: biz xalqımızı hər şeydən əvvəl tuturuq! Yaxşı niyyətimin göstəricisi olaraq Rumıniya iqtisadiyyatının vəziyyəti barədə hər hansı şərh verməkdən çəkinmişəm.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp