Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Macarıstanın Baş naziri Viktor Orban Yaxın Şərqdə İranla bağlı baş verən müharibənin Avropa üzrə təhlükəsizlik nəticələri barədə açıqlama verib. Orban bildirib ki, Macarıstan mümkün təhdidlərə qarşı “həyəcan” vəziyyətinə keçib.

Regional münaqişələrin terror riskini artırdığına diqqət çəkən Orban deyib:

“Macarıstan həyəcan vəziyyətindədir. İranla yaşanan müharibədən sonra Qərbi Avropada terror hüceyrələri aktivləşə bilər. Bu vəziyyət Macarıstanın təhlükəsizliyinə birbaşa təsir etdiyi üçün qabaqlayıcı tədbirlər görmüşük.”

Hökumətin prioritetinin xalqın təhlükəsizliyi olduğunu vurğulayan Baş nazir Orban sözlərini belə yekunlaşdırıb: “Macarıstanın və macar xalqının təhlükəsizliyini qoruyacağıq!”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp