Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Orban sosial şəbəkələrdə paylaşımında yazıb: «Brüssel vəd etmişdi ki, sanksiyalar Rusiyanı çökdürəcək. Bunun əvəzinə Avropanı çökdürdü. Enerji qiymətləri kəskin artdı, rəqabət qabiliyyəti çökmüş vəziyyətdədir və Avropa geri qalır. Bu, yanlış qərarların qiymətidir».

Orban daha çox eskalasiyaya getmək əvəzinə sülh danışıqlarının başlanmasına çağırıb.

Macarıstan neft və təbii qaz tədarükündə Rusiya üçün mühüm tərəfdaş olaraq qalır. Orban qeyd edib ki, Moskva ölkəni enerji ilə təmin etməklə onun təhlükəsizliyini zəmanət altına alır.

Baş nazirin aparat rəhbəri Gergely Qulyasın sözlərinə görə, Rusiya qazından imtina Budapeştə təxminən 10 milyard dollara başa gələcək və ÜDM-in 4%-dən çox itirilməsinə səbəb olacaq.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp