Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya hücum zamanı 68 raket və 351 hücum məqsədli pilotsuz uçuş aparatı istifadə edib. “Kiyevin müxtəlif yerlərində, o cümlədən yaşayış məntəqələrində 10-dan çox nöqtədə dağıntılar qeydə alınıb. İndiyədək iki uşaq da daxil olmaqla 64 nəfər xilas edilib. Təəssüf ki, hücum nəticəsində 11 nəfərin həlak olduğu təsdiqlənib”, - deyə o bildirib.

Zelenski həmçinin Kiyev vilayətində daha üç nəfərin həyatını itirdiyini, 16 nəfərin isə yaralandığını açıqlayıb. “Vışnevedə raketin düşməsindən sonra baş verən yanğın davam edir. Yaşayış məntəqəsinin sakinləri təxliyə olunur. Hücumdan sonra 400-dən çox xilasedici qrup və polis əməkdaşları hadisə yerində çalışırlar”, - deyə o qeyd edib.

Zelenski vurğulayıb ki, Ukraynanın hava hücumundan müdafiə sistemi pilotsuz uçuş aparatlarını və qanadlı raketləri uğurla zərərsizləşdirib, lakin ballistik raketlərə qarşı kifayət qədər effektiv olmayıb. Bunun səbəbi kimi o, tutucu raketlərin çatışmazlığını göstərib. “Dünya, ilk növbədə Amerika Birləşmiş Ştatları və avropalı tərəfdaşlarımız, Ankaradakı NATO Sammitindən hava hücumundan müdafiəmizi gücləndirəcək qəti qərarlarla çıxmalıdır. Patriot raketləri müttəfiqlərimizin anbarlarında qaldıqca, Rusiya yaşayış binalarını hədəf almağa davam etmək üçün cəsarət tapır. Amerika Birləşmiş Ştatları və Avropanın bu terroru dayandıracaq gücü var”, - deyə Zelenski bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp