Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, Rusiya bir həftə ərzində ikinci dəfə Ukraynada mülki əhalini hədəf alan genişmiqyaslı hücum həyata keçirib. Bəyanatda deyilir: “Bir həftə ərzində ikinci dəfə Rusiya Ukraynada mülki şəxslərə qarşı genişmiqyaslı hücum həyata keçirdi. Bir həftə ərzində ikinci dəfə Kiyevdə matəm günü elan edildi.”

Bəyanatda həmçinin Rusiyanın mülki şəxslərə qarşı sistemli şəkildə ballistik raketlərdən istifadə etdiyi iddia olunaraq bildirilib: “Bu gün ballistik raket yaşayış binasına düşdü, günahsız insanlar həlak oldu və yaralandı.”

Ukrayna Xarici İşlər Nazirliyi hava hücumundan müdafiə sistemlərinə dəstəyin əhəmiyyətini vurğulayaraq qeyd edib: “Patriotlar da daxil olmaqla hava hücumundan müdafiə raketlərinin çatdırılmasındakı hər bir gecikmə insan həyatı bahasına başa gəlir. Hər gecikmə Rusiyaya daha çox insanı öldürmək imkanı verir. Ukraynanın öz xalqını qorumaq üçün lazım olan imkanlara malik olması vacibdir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp