Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistanın Baş nazir müavini və xarici işlər naziri senator Məhəmməd İshaq Dar ilə İranın xarici işlər naziri Abbas Araqçi arasında görüş keçirilib.

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, görüşdə son regional inkişaflar və bölgədə sülh və sabitliyin təmin olunmasına yönəlmiş diplomatik səylər müzakirə olunub.

Bildirilib ki, İranın xarici işlər naziri Araqçi Pakistan tərəfini Çinə son səfəri və bu çərçivədə aparılan regional və beynəlxalq məsləhətləşmələr barədə məlumatlandırıb.

Görüş zamanı həmçinin Araqçinin daha əvvəl saxlanılmış gəmilərdə olan İran vətəndaşlarının geri qaytarılmasına göstərdiyi köməyə görə Pakistana təşəkkür etdiyi vurğulanıb.

Pakistanın bu prosesdəki diplomatik və humanitar töhfələrinin İran tərəfindən yüksək qiymətləndirildiyi qeyd olunub və iki ölkə arasında əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp