Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

BMT-nin Baş katibi Antonio Quterreş miqrasiya fenomeni ilə bağlı diqqətçəkən mesajlar verib.

Quterreş sosial media paylaşımında miqrasiyanın böhran kimi qəbul edilməməli olduğunu, əsas problemin isə ölkələrin miqrasiyanı ortaq şəkildə idarə etməkdə yetərsiz qalması olduğunu qeyd edib.

Sərhədlər, hökumətlər və cəmiyyətlər arasında daha güclü əməkdaşlığa ehtiyac olduğunu vurğulayan Quterreş çoxtərəfli yanaşmanın əhəmiyyətinə diqqət çəkib.

Quterreş beynəlxalq əməkdaşlığın miqrantların həyatını yaxşılaşdırdığını və yaşadıqları cəmiyyətlərə töhfə verdiyini bildirərək ortaq həll yollarına çağırış edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp