Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistan Xarici İşlər Nazirliyi Hindistanın müdafiə nazirinin Cammu və Kəşmirlə bağlı açıqlamalarına dair yazılı bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, sözügedən ifadələr təxribat xarakterli və məsuliyyətsizdir, həmçinin beynəlxalq səviyyədə tanınan Cammu və Kəşmir münaqişəsi ilə bağlı həqiqətləri təhrif edir.

Pakistan Xarici İşlər Nazirliyi açıqlamaların regional sülh və təhlükəsizliyi təhdid etdiyini bildirərək, beynəlxalq ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Kəşmir xalqının öz müqəddəratını təyinetmə hüququnu dəstəkləməyə çağırıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp