Pakistanda məsciddə partlayış
İslamabad, 6 fevral (Hibya) – Pakistanın paytaxtı İslamabadda cümə namazı zamanı bir məsciddə partlayış baş verib.
CNN-in məlumatına görə, İslamabadda cümə namazı zamanı məsciddə baş verən partlayış nəticəsində azı 31 nəfər ölüb, 169 nəfər yaralanıb.
Bildirilib ki, bu hücum 2023-cü ilin yanvarında Peşavar məscidinə edilən hücumdan sonra ölkədə ən ölümcül hadisədir.
Polis mənbələrinin bildirdiyinə görə, daxili araşdırmalar hücumun arxasında Pakistan Talibanı və ya Tehrik-e-Taliban Pakistanın (TTP) dayandığını göstərir, lakin indiyədək heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.
Azərbaycan İnformasiya Agentliyi