Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

CCTV-nin məlumatına görə, Pakistanın cənubundakı liman şəhəri Kəraçidə ticarət mərkəzində baş verən yanğından sonra həlak olanların sayı 60-a yüksəlib. Rəsmilər çoxmərtəbəli binadakı bir mağazadan azı 30 cəsədin çıxarıldığını bildiriblər.

Polis rəsmisi Syed Asad Raza cəsədlərin ticarət mərkəzinin asma mərtəbəsində tapıldığını bildirərək, çox sayda insanın hələ də itkin düşdüyünü və axtarış-xilasetmə işlərinin davam etdiyini deyib.

Raza xilasetmə əməliyyatlarının ən müasir texnikadan istifadə edilməklə aparıldığını və binanın uçmuş hissələrindəki dağıntıların təmizləndiyini qeyd edib.

Rəsminin sözlərinə görə, zədələnmiş binanın daxilində sıx tüstü və son dərəcə yüksək temperatur səbəbindən xilasetmə qrupları bəzi ərazilərə çatmaqda çətinlik çəkirlər. O əlavə edib ki, binanın bir hissəsi tamamilə boşaldılıb, digər iki hissədə isə dağıntılar altında qalanların xilas edilməsi üçün axtarış işləri davam edir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp