Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Serbiyadakı seçkilərdə qalib gələn Tələbə Siyahısının lideri İliya Srdanoviçə telefonla zəng edərək onu təbrik edib.

Sosial media hesabında açıqlama verən Plenkoviç Srdanoviçi və Tələbə Siyahısını seçkilərdə qazandıqları qəti qələbə münasibətilə təbrik etdiyini, hökumətin formalaşdırılması prosesində və gələcək fəaliyyətlərində onlara uğurlar arzuladığını bildirib.

Plenkoviç telefon danışığı ilə bağlı bunları deyib:

“Serbiya vətəndaşlarının mesajı çox aydın idi; onlar dəyişiklik istəyirdilər. Seçkilərin qalibləri Serbiyanın məsuliyyətini öz üzərlərinə götürmək üçün aydın mandata və vətəndaşların dəstəyinə malikdirlər.”

Baş nazir Plenkoviç həmçinin Srdanoviçin xarici siyasətdə qonşu ölkələrlə münasibətlərin inkişafına üstünlük verən yanaşmasını məmnuniyyətlə qarşıladıqlarını və həllini gözləyən ikitərəfli məsələləri müzakirə etməyə davam etməyə hazır olduqlarını qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp