Prevot: Azərbaycan hökuməti və xalqı ilə tam həmrəyliyimi ifadə edirəm
Brüssel, 6 mart (Hibya) - Belçikanın Baş nazir müavini və xarici işlər naziri Maksim Prevot Azərbaycan hökuməti və xalqı ilə həmrəyliyini ifadə edib.
Belçikanın Baş nazir müavini və xarici işlər naziri Prevot bildirib ki, Belçika dünən Naxçıvan hava limanına qarşı həyata keçirilən və mülki şəxslərin yaralanmasına və mülki infrastrukturun zədələnməsinə səbəb olan pilotsuz uçuş aparatı hücumunu qətiyyətlə pisləyir.
Azərbaycan hökuməti və xalqı ilə həmrəyliyini ifadə edən Prevot deyib: “İranın hər bir eskalasiyası sabitliyə qayıdış ümidlərini daha da sarsıdır. Biz təcili olaraq təmkin göstərilməsini və beynəlxalq hüquqa tam hörmət edilməsini tələb edirik.”
Azərbaycan İnformasiya Agentliyi