Qətər husilərin Mədinəni hədəfə almaq cəhdini pisləyib
Doha, 5 noyabr (Hibya) - Qətər Yəməndəki husilərin Səudiyyə Ərəbistanının Mədinə şəhərini ballistik raketlə hədəfə almaq cəhdini pisləyərək Səudiyyə Ərəbistanına dəstəyini bir daha ifadə edib.
Qətər Xarici İşlər Nazirliyi Yəməndəki husilərin Səudiyyə Ərəbistanının Mədinə şəhərinə ballistik raketlə hücum cəhdini qətiyyətlə pisləyib. Nazirlik bu cəhdi müsəlmanlara qarşı açıq təxribat, mülki şəxslərin həyatına məsuliyyətsiz münasibət, Səudiyyə Ərəbistanının suverenliyinin pozulması və beynəlxalq hüququn tapdalanması kimi qiymətləndirib.
Qətərin Səudiyyə Ərəbistanı ilə tam həmrəylik içində olduğunu bildirən Nazirlik Krallığın suverenliyini, təhlükəsizliyini, ərazi bütövlüyünü və maraqlarını qorumaq üçün görəcəyi qanuni tədbirləri dəstəklədiyini açıqlayıb.
Bəyanatda Səudiyyə Ərəbistanının təhlükəsizliyinin Qətərin və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin ortaq təhlükəsizliyinin ayrılmaz hissəsi olduğu vurğulanıb.
Azərbaycan İnformasiya Agentliyi