Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətərin Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət naziri doktor Məryəm bint Əli bin Nasir Al Misnad Dohada BMT Baş katibinin müavini və BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının (ESCWA) İcraçı katibi doktor Raniya Al Maşat ilə görüşüb.

Qətər Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Qətərə səfər edən doktor Al Maşat ilə keçirilən görüşdə Qətər ilə BMT arasında əməkdaşlıq münasibətləri müzakirə olunub.

Tərəflər davamlı inkişafın dəstəklənməsi, cəmiyyətin ən həssas təbəqələrinin gücləndirilməsi və regionda humanitar fəaliyyətlərin inkişaf etdirilməsi istiqamətində birgə əməkdaşlığı dəyərləndiriblər.

Görüş zamanı həmçinin tərəfləri maraqlandıran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp