Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

BMT Baş katibi Quterreş vurğulayıb ki, ABŞ Prezidenti Trampın dünən Qəzza və region üçün atəşkəs və davamlı sülhə nail olmaq məqsədilə verdiyi bəyanatı məmnunluqla qarşılayır.

O həmçinin ərəb və müsəlman dövlətlərinin bu məqsədə çatmaqda mühüm rolunu yüksək qiymətləndirdiyini bildirib və əlavə edib: “Artıq bütün tərəflərin razılaşmaya və onun icrasına sadiq qalması həyati əhəmiyyət daşıyır.”

Quterreş bir daha təkrarlayıb ki, əsas prioritet bu münaqişənin yaratdığı böyük əzabların azaldılması olmalıdır və deyib:

“Bir daha təcili və daimi atəşkəsə, Qəzza boyunca humanitar yardıma məhdudiyyətsiz çıxışa və bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırıram. Ümid edirəm ki, bu, iki dövlətli həllin həyata keçirilməsi üçün zəruri şəraiti yaradacaq.”

Quterreş vurğulayıb ki, BMT Fələstin və İsrail xalqları, eləcə də bütün region üçün sülhü, sabitliyi və daha ümidli bir gələcəyi dəstəkləyən bütün səylərə dəstəyini davam etdirəcək.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp