Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

CCTV-nin məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bazar günü verdiyi açıqlamada Rusiya qüvvələrinin Donetsk və Zaporojya bölgələrində daha altı yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini bildirib.

Naşirliyin son hesabatına əsasən, son 24 saat ərzində Donetskdən dörd, Zaporojyadan isə iki yaşayış məntəqəsi Rusiya qoşunlarının nəzarətinə keçib.

Açıqlamada həmçinin Rusiya qüvvələrinin Ukraynanın hərbi və sənaye infrastrukturuna xidmət edən enerji obyektlərini hədəf aldığı, Rusiya hava hücumundan müdafiə sistemlərinin isə 370 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurduğu iddia edilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə bazar günü saat 20:00-da yayımladığı gündəlik hesabatda son 24 saat ərzində Rusiya hədəflərinə qarşı müxtəlif hücumların həyata keçirildiyini açıqlayıb.

Ukrayna ordusu əlavə olaraq pilotsuz dəniz vasitələrinin saxlanılması və texniki baxışı üçün nəzərdə tutulmuş obyekt, bərə körpüləri və PUA anbarı da daxil olmaqla digər Rusiya hədəflərinin vurulduğunu bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp