Rusiya XİN rəhbəri Lavrov Oman XİN rəhbəri əl-Büseydi ilə danışdı
Moskva, 18 iyun (Hibya) — Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Oman Sultanlığının Xarici İşlər Naziri Seyyid Bədr bin Həmid əl-Büseydi ilə telefon danışığı aparıb.
Danışıqlar zamanı İsrailin BMT Nizamnaməsini və beynəlxalq hüququ pozaraq İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyat nəticəsində Yaxın Şərqdə yaranmış misilsiz gərginlik müzakirə edilib.
Xarici işlər nazirləri döyüşlərin tezliklə dayandırılmasının və münaqişə zonasının bütün region üçün faciəvi nəticələrə səbəb ola biləcək şəkildə genişlənməsinin qarşısının alınmasının vacibliyini vurğulayıblar.
Onlar münaqişəni siyasi və diplomatik yolla həll etmək və davamlı danışıqlar prosesinin başlanması üçün əlverişli şərait yaratmaq üçün birgə səylərin davam etdirilməsinin əhəmiyyətinə diqqət çəkiblər.
Azərbaycan İnformasiya Agentliyi