Saar: İran qəsdən yalnız mülki vətəndaşları hədəfə alır!
Qüds, 17 iyun (Hibya) – İsrailin xarici işlər naziri Gideon Saar bəyan edib ki, İran qəsdən yalnız mülki vətəndaşları hədəfə alır.
İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, İsrail İranın nüvə proqramını, ballistik raket proqramını və hərbi hədəflərini vurur.
Saar İranın qəsdən yalnız mülki şəxsləri hədəfə aldığını vurğulayaraq deyib: “Böyük bir səhvdir. İsrail xalqı güclüdür və əməliyyatımızın arxasında birləşib. Bu, İrana kömək etməyəcək. Məqsədlərimizə çatacağıq.”
Azərbaycan İnformasiya Agentliyi