Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald Tramp İran rejiminin yaratdığı təhlükə və müttəfiqlərin mövqeyi barədə açıqlama verib.

Tramp bildirib ki, İranda baş verən etirazlarda 41 min nəfər həyatını itirib və əlavə edib: “Onlar kömək etməməyi seçdilər və biz Amerika olaraq bunu unutmayacağıq”, bəzi müttəfiqləri tənqid edib.

O, Yaxın Şərq ölkələrindən gələn dəstəyi yüksək qiymətləndirərək deyib: “Yaxın Şərq ölkələrindən çox böyük dəstək aldıq. Qətər möhtəşəm idi, BƏƏ həqiqətən çox yaxşı idi, Səudiyyə Ərəbistanı da əla idi. İsrail də lap əvvəldən son dərəcə güclü dəstək verdi”.

Tramp İranın nüvə təhlükəsi barədə haqlı olduğunu vurğulayaraq deyib: “Əgər onların nüvə silahı olsaydı, 24 saat ərzində istifadə edərdilər. Biz onları 8 ay əvvəl vurmasaydıq, nüvə müharibəsi olardı. Əgər Barak Obamanın imzaladığı tarixdəki ən pis razılaşmanı ləğv etməsəydim, 4 il əvvəl nüvə holokostu baş verərdi”.

NATO ölkələrinin mövqeyini “axmaq” adlandıran Tramp bildirib: “Hamısı İranın böyük təhlükə olduğunu qəbul edirdi. ‘İran böyük təhlükədir, amma sizə kömək etməyəcəyik’ dedikdə çox axmaq davranırlar. Əgər kimsə İranın təhlükə olmadığını deyirsə, biz belə insanlarla işləmək istəmirik”.

Tramp vurğulayıb ki, ABŞ-ın müdaxiləsi sayəsində İran artıq dünyanı təhdid edə biləcək vəziyyətdə deyil.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp