Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna hərbi mütəxəssislərinin Yaxın Şərq və Körfəz bölgəsindəki mövcudluğu və müdafiə əməkdaşlığı barədə açıqlama verib.

Bölgədəki personal sayı barədə məlumat verən Zelenski deyib: "Hazırda Yaxın Şərq və Körfəz bölgəsində 201 ukraynalı var. Daha 34 nəfər göndərilməyə hazırdır. Bunlar necə kömək etməyi və 'Shahed' PUA-larına qarşı necə müdafiə olunmağı bilən hərbi mütəxəssislərdir. Komandalarımız artıq BƏƏ, Qətər, Səudiyyə Ərəbistanındadır və Küveytə doğru yoldadır".

Mütəxəssislərin tərəfdaşların tələbi ilə göndərildiyini bildirən Zelenski qeyd edib: "İran rejiminin qonşularına qarşı bu terrorunun uğurlu olmasını istəmirik. Bu hərbi mütəxəssisləri ABŞ da daxil olmaqla tərəfdaşlarımızın xahişi ilə göndərdim. Əslində bu, ABŞ-a təklif etdiyimiz və hələ də müzakirə mərhələsində olan PUA sazişinin bir hissəsidir".

Gələcək strategiyalar barədə Zelenski əlavə edib: "Bütün etibarlı tərəfdaşlarımıza oxşar razılaşmalar təklif etməyə hazırıq — PUA sahəsində praktik əməkdaşlıqdan tutmuş gələcək müdafiə ittifaqlarına qədər. Düşünürəm ki, heç kim Ukraynanın müharibədə sübut olunmuş gücünü və imkanlarını öz təhlükəsizliyindən kənarda qoymaq istəməz. Əgər kimsə bunu istəyirsə, bu ağıllı olmaz. Böyük Britaniya bu imkanları açıq şəkildə görür; razılaşmalarımız həmişə möhkəmdir".

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp