Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrailin xarici işlər naziri Gideon Saar yeni təyinatdan məmnunluğunu ifadə edib.

Təyinat qərarı barədə danışan Saar deyib: “General-mayor Roman Qofmanın Mossad rəhbəri təyin olunmasını məmnunluqla qarşılayıram və bunun İsrailin təhlükəsizliyi üçün yaxşı xəbər olduğuna inanıram.”

Qofmanın hərbi və şəxsi keyfiyyətlərinə diqqət çəkən Saar bildirib: “Roman tipik bir İsrail vətənpərvəridir, aktiv təhlükəsizlik baxışına malik, geniş geosiyasi kontekstləri anlayan və İsrailin qələbəsinə dərindən sadiq olan bir zabitdir.”

Saar açıqlamasını “Uğurlar arzulayırıq, Roman!” sözləri ilə yekunlaşdırıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp