Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

BBC-nin məlumatına görə, Tramp Truth Social platformasında paylaşım edərək Hürmüz boğazı ətrafındakı məhdudiyyətlər səbəbindən reaktiv yanacaq əldə edə bilməyən “Böyük Britaniya kimi” ölkələrə müraciət edib.

Tramp bildirib ki, bu ölkələr “gecikmiş cəsarət toplayaraq boğaza getməli və sadəcə nefti götürməlidirlər”.

ABŞ Prezidenti “İranın faktiki olaraq məhv edildiyini” və “ən çətin hissənin başa çatdığını” iddia edərək “İranın başının kəsilməsi əməliyyatında iştirakdan imtina edən” ölkələrə müraciətlə deyib: “Siz özünüz üçün döyüşməyi öyrənməyə başlamalısınız, ABŞ artıq sizə kömək etmək üçün orada olmayacaq, necə ki siz bizim yanımızda olmadınız”.

Tramp sözlərini belə yekunlaşdırıb: “Gedin və öz neftinizi özünüz götürün!”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp