Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Plan, ABŞ-ın adlarını açıqlamadığı bir çox ölkənin töhfə verməyi təklif etdiyi Beynəlxalq Sabitlik Qüvvəsinin (ISF) yaradılmasını da nəzərdə tutur.

Qətnamə Böyük Britaniya, Fransa və Somali də daxil olmaqla 13 ölkə tərəfindən dəstəklənib və heç bir ölkə əleyhinə səs verməyib. Rusiya və Çin bitərəf qalıb.

BMT Baş katibi Antonio Quterreşin sözçüsü, qətnamənin qəbul edilməsini “atəşkəsin möhkəmləndirilməsində mühüm bir addım” kimi qiymətləndirib. Həmas isə qətnaməni, fələstinlilərin hüquq və tələblərini qarşılmadığını bildirərək rədd edib.

Qətnamənin qəbulundan sonra Həmas Telegram-da verdiyi açıqlamada, planın “Qəzza Zolağına beynəlxalq qəyyumluq mexanizmi sırıdığını və xalqımızın və tərəfdarlarımızın bunu rədd etdiyini” bildirib.

Həmas əlavə edib: “Beynəlxalq qüvvəyə, müqavimətin silahsızlaşdırılması da daxil olmaqla, Qəzza Zolağında vəzifə və rollar vermək, onu qərəzsizliyindən məhrum edir və işğalın xeyrinə münaqişənin bir tərəfinə çevirir.”

Qətnaməyə əsasən, ISF sərhəd bölgələrinin təhlükəsizliyini təmin etmək və Həmas da daxil olmaqla dövlət olmayan silahlı qrupların daimi şəkildə silahsızlaşdırılması prosesini təmin etmək üçün İsrail və Misirlə, habelə yeni hazırlanmış və nəzarətdə olan Fələstin polis qüvvəsi ilə birlikdə çalışacaq.

İndiyə qədər bölgədəki polis, Həmasın səlahiyyəti altında fəaliyyət göstərirdi.

Təhlükəsizlik Şurası, həmçinin, Fələstinli texnokrat və qeyri-siyasi bir komitənin idarəçiliyinə nəzarət edəcək və Qəzzanın yenidən qurulmasını və humanitar yardımın paylanmasını izləyəcək “Sülh Şurası” (BoP) adlı müvəqqəti idarəetmə orqanının yaradılmasını da təsdiq edib.

Qətnaməyə görə, iki il davam edən müharibədən sonra Qəzzanın yenidən qurulmasının maliyyələşdirilməsi Dünya Bankı tərəfindən dəstəklənən etimad fondu vasitəsilə həyata keçiriləcək.

Sənədə əsasən, həm ISF, həm də BoP Fələstin komitəsi və polis qüvvəsi ilə birlikdə çalışacaq.

Tramp, Truth Social platformasında belə yazıb: “Bu, Birləşmiş Millətlər tarixində ən böyük təsdiqlərdən biri kimi tarixə düşəcək, bütün dünyada daha çox sülhə yol açacaq və həqiqətən tarixi bir an olacaq!”

Əvvəlki layihələrdən fərqli olaraq, qətnamə fələstinlilərin öz müqəddəratını təyinetmə və dövlət qurma hüququna doğru etibarlı bir yola istinad edir. Bu, Şura üzvlərinin bir neçəsinin dəstəklədiyi bir ifadədir.

İsrail, gələcək dövlətçilik yolunda ciddi maneə təşkil edən Fələstin dövlətinin yaradılmasına qəti şəkildə qarşı çıxır. Əsas ərəb dövlətləri, fələstinlərin öz müqəddəratını təyinetmə hüququnun mətnə daxil edilməsi üçün qətnaməni hazırlayanlara təzyiq göstərmişdilər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp