Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

UNRWA Qəzzadakı mövcud vəziyyətlə bağlı qiymətləndirmələr aparıb.

UNRWA rəsmisi Sam Rouz BBC News-a açıqlamasında deyib: “Burada bir-biri ilə ziddiyyət təşkil edən dinamika görürük. Bir tərəfdən Rəfah keçidinin yenidən açılması ilə müsbət irəliləyiş var, lakin son 24 saat ərzində atəşkəs zamanı həyata keçirilən hava hücumlarında 30 fələstinli həlak olub.”

Rouz Qəzzada yaşayan mülki əhali üçün qorxu və qeyri-müəyyənliyin davam etdiyini vurğulayaraq bildirib: “Giriş hələ də məhduddur, mülki şəxslərin qorunması ilə bağlı narahatlıqlar qalır və əməliyyat məhdudiyyətləri səbəbindən humanitar ehtiyaclar son dərəcə kritik səviyyəyə çatıb.”

UNRWA rəsmisi bütün çətinliklərə baxmayaraq sahədə fəaliyyətlərini davam etdirdiklərini bildirərək deyib: “Həyat xilas edən humanitar yardımların çatdırılmasını davam etdiririk.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp