Vens: Prezident Tramp və SBA sayəsində yerli kiçik biznes yenidən canlanıb
Vaşinqton, 28 noyabr (Hibya) – Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Cey Di Vens “Kiçik Biznes Şənbəsi” münasibətilə yayımladığı mesajda ölkədəki 36 milyon müstəqil müəssisənin iqtisadiyyat və cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens “Kiçik Biznes Şənbəsi” (Small Business Saturday) münasibətilə yayımladığı mesajda ölkədəki 36 milyon müstəqil müəssisənin Amerika iqtisadiyyatının bel sütunu olduğunu bildirib.
Sosial şəbəkə hesabında paylaşım edən vitse-prezident Vens yerli müəssisələri cəmiyyətin əsas dayaqlarından biri adlandırıb. ABŞ-ın Kiçik Biznes Administrasiyasının (SBA) fəaliyyətinə və prezident Donald Trampın siyasətinə diqqət çəkən Vens deyib: “İcmalarımızın əsas dayağı və Amerika iqtisadiyyatının bel sütunu olan 36 milyon müstəqil müəssisəni Kiçik Biznes Şənbəsi münasibətilə təbrik edirəm. Prezident Tramp və SBA-nın gördüyü işlər sayəsində yerli kiçik biznes yenidən canlanıb.”
Vens paylaşımında yerli müəssisələrdən birinə səfər zamanı çəkilmiş fotoya da yer verərək kiçik müəssisələrin ölkə iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıb.
Azərbaycan İnformasiya Agentliyi