Yermak: ABŞ sanksiya təzyiqini artırır
Kiyev, 1 Avqust (Hibya) – Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak bildirib ki, ABŞ, Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə iştirak edən İran və onun pilotsuz uçuş aparatları texnologiyasının təchizatçılarına qarşı sanksiya təzyiqini artırır.
Yermak bildirib ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) 31 iyul tarixində İran, Honq Konq, Tayvan və Çin mənşəli beş şirkət və bir şəxsə sanksiya tətbiq edib.
O, bu sanksiyaların hamısının, İranın İslam İnqilabı Keşikçiləri Korpusu üçün Ababil və Shahed pilotsuz uçuş aparatları istehsal edən HESA adlı istehsalçıya texnologiya və avadanlıq tədarükü ilə bağlı olduğunu vurğulayıb.
“Bu, ABŞ-ın İranın müdafiə sektorunu zəiflətmək və kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaq üçün atdığı növbəti güclü addımdır. Ukrayna, müttəfiqlərinin bu cür qətiyyətli addımlarını yüksək qiymətləndirir. Demokratiya düşmənlərinə təzyiq göstərdiyinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edirik.”
Azərbaycan İnformasiya Agentliyi