Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Prezident Zelenski ABŞ Prezidenti Trampı Yaxın Şərqdə əldə edilən sülh razılaşmasındakı uğuruna görə təbrik edərək deyib: “Əgər müharibə bir bölgədə dayandırıla bilirsə, digərlərində də dayandırıla bilər — buna Rusiyanın müharibəsi də daxildir.”

Zelenski qeyd edib ki, söhbət zamanı Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarını müzakirə ediblər və Trampa ölkəsinə dəstək göstərmək istəyinə görə təşəkkür edib.

O əlavə edib ki, hava hücumundan müdafiənin gücləndirilməsi və bu istiqamətdə konkret razılaşmalar barədə danışıblar: “Bizim həqiqətən bizi gücləndirəcək yaxşı variantlarımız və möhkəm ideyalarımız var.”

Zelenski vurğulayıb ki, Rusiya həqiqi diplomatiyaya hazır olmalıdır və bu yalnız güc vasitəsilə mümkündür.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp